"Real"ın sabiq futbolçusu Royston Drente karyerasını 3-cü liqa komandasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi ölkəsinin "Kozakken Boyz” klubu ilə anlaşıb. 32 yaşlı futbolçunun müqaviləsinin detalları açıqlamayıb.
Qeyd edək ki, Drente 2007-vi ildə "Feyenoord"dan "Real"a 14 milyon avroya transfer olunub. O, La Liqada 46 oyun keçirirək 2 qol vurub. 2010-cu ilədək "Kral Klubu"na məxsus olan holland futbolçu İspaniyanın "Erkules” və İngiltərənin "Everton" klublarına icayə verilib. Sonrakı illərdə o, "Alaniya" (Rusiya), "Redinq” (İngiltərə), "Şeffild Uensdey” (İngiltərə), "Kayserispor” (Türkiyə) və "Bani Yas” (BƏƏ) klublatında oynayıb. Son olaraq isə Hollandiyada "Sparta"nın formasını geyinib.
Fanat.Az