"Real"ın indiyədək satışından ən çox qazanc əldə etdiyi futbolçular müəyyənləşib.
Fanat.Az xəbər verir ki, siyahıya Kriştiano Ronaldo başçılıq edir. Madrid klubu portuqaliyalı ulduzu "Yuventus"a 117 milyon avroya satmışdı.
"Kral Klubu"nun öz akadmiyasında yetşdirib satdığı ən bahalı futbolçu isə Alvaro Moratadı. İspan hücumçu "Çelsi"yə 66 milyon avroya transfer olunmuşdu.
Morata ümumilikdə "Real"a 86 milyon avro qazandırıb. Belə ki, ispaniyalı forvard 2014-cü ildə "Yuventus"a 20 milyon avroya satılmışdı. 2016-cı ildə futbolçunu geri qaytaran Madrid klubu bir il sonra onu "Çelsi"yə satmışdı.
|
Futbolçu |
Getdiyi klub |
Qiyməti |
|
Kriştiano Ronaldo |
Yuventus |
117 milyon avro |
|
Angel Di Maria |
Mançester Y. |
75 milyon avro |
|
Alvaro Morata |
Çelsi |
66 milyon avro |
|
Məsut Özil |
Arsenal |
47 milyon avro |
|
Mateo Kovaçiç |
Çelsi |
45 milyon avro |
|
Robinyo |
Mançester S. |
43 milyon avro |
|
Qonzalo Hiquayn |
Napoli |
39 milyon avro |
|
Nikolas Anelka |
PSJ |
34.5 milyon avro |
|
Markos Llorente |
Atletiko |
30 milyon avro |
|
Danilo |
Mançester S. |
30 milyon avro |
Fanat.Az