"Real"ın futbolçusunun gələcəyi sual altındadır

"Real"ın futbolçusunun gələcəyi sual altındadır

"Real Madrid"in müdafiəçisi Naço mövsümün sonunda klubu tərk edə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Madridlilər hələ də 33 yaşlı ispaniyalı futbolçuya yeni sözləşmə təklif etməyib. 

Kral klubu Naço ilə sözləşməni yeniləməsə, o, yayda azad agent olacaq. 

Qeyd edək ki, futbolçunun xidmətində "İnter" maraqlıdır. 

Xatırladaq ki, Naço 2011-ci ildən "Real Madrid"də çıxış edir. 202 oyunda meydana çıxan müdafiəçi 11 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər