"Real"ın vinqeri Vinisius Juniorun koronavirusa yoluxduğuna dair informasiya yayılıb.
Fanat.Az "El Chiringuito"ya istinadən xəbər verir ki, baş məşqçi Zinəddin Zidan bu barədə məlumatı tam olaraq inkar etməyib:
"Vinisiusla bağlı müəyyən şübhələr var. Onun koronavirus testinin nəticəsi bir az anormaldı. Bu gün yeni testin nəticəsini öyrənəcəyik".
Daha öncə "Real"ın hücunçusu Luka Yoviçin dostunda COVID-19 aşkarlanmış və serb futbolçu komandadan təcrid olunmuşdu.
Fanat.Az