"Real"ın hücumçusu Mariano Diasda koronavirus aşkarlanıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Diasın koronavirus testinin nəticəsi müsbət çıxıb.
26 yaşlı oyunçu karantindədi. Onun özünü yaxşı hiss etdiyi bildirilir.
Qeyd edək ki, "Real" avqustun 7-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Mançester Siti" ilə qarşılaşacaq.
Fanat.Az