"Real"ın "Levante"də icarə əsasında çıxış edən hücumçusu Borxa Mayoralın növbəti "dayanacağ"ı İtaliya ola bilər.
Fanat.Az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, "Latsio" 23 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.
Rəhbərlik Çempionlar Liqası ərəfəsində komandanın heyətini gücləndirmək niyyətindədi. Prioritet hədəflərdən biri də "Real"la müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq Mayoraldı.
Cari mövsümdə "Levante" forması ilə 35 matçda meydana çıxan ispan forvard 9 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az