"Real"dan 4,5 milyon avroluq futbolçuya 60 milyonluq təklif

"Real"dan 4,5 milyon avroluq futbolçuya 60 milyonluq təklif
Zinəddin Zidanın "Real"da görmək istədiyi daha bir futbolçunun adı açıqlanıb.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, fransalı mütəxəssis "Roma"dan Nikolla Zanyolonu istəyir. "Real"ın bu futbolçu üçün İtaliya klubuna 60 milyon avro təklif edəcəyi deyilir.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi "Roma"ya 2018-ci ilin yayında "İnter"dən 4,5 milyon avroya transfer olunub. Hazırda "Transfermrkt"ın 40 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə oynadığı 28 matçda 5 qola imza atıb və 2 məhsuldar ötürmə edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər