"Real" da futbolçuların maaşlarını azaldacaq - RƏSMİ

"Real" da futbolçuların maaşlarını azaldacaq - RƏSMİ
"Real" koronavirus pandemiyası səbəbindən ortaya çıxan böhran vəziyyətində maaşları azaltmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, oyunçular, məşqçilər heyəti və rəhbərlik üzvlərinin məvacibləri 10-20% azaldılacaq. Yekun faiz cari mövsümün taleyinə aydınlıq gəldikdən sonra dəqiqləşəcək. Madrid klubu bu barədə bəyanat yayıb.
Qərar futbol və basketbol komandasına şamil olunacaq. Bu sayədə "Real" digər əməkdaşlarının maaşlarını olduğu kimi saxlaya biləcək.
Qeyd edək ki, daha əvvəl "Barselona" futbolçuların maaşlarının 70% azaldılacağını açıqlamışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər