Rayolaya milyonlar qazandıran 10 futbolçu - Siyahı

Rayolaya milyonlar qazandıran 10 futbolçu - Siyahı

Tanınmış futbol meneceri Mino Rayola dünyanın ən məşhur klublarına futbolçu satır. 

Niderlandlı menecerin tabeliyində 25-dən çox futbolçu var. Lakin  o, 2021-ci ildə əsas gəliri tanınmış 10 futbolçunun transferindən əldə edib. 

Fanat.Az həmin futbolçuların siyahısını təqdim edir: 

1. Erlinq Holand

Yaş: 20 Milliyət: Norveç Hazırki klubu: "Borussiya Dortmund" Transfer dəyəri: 130 milyon avro

2. Mateys De Liqt

Yaş: 21 Milliyət: Niderland Hazırki klubu: "Yuventus" Transfer dəyəri: 75 milyon avro

3. Pol Poqba

Yaş: 28 Milliyət: Fransa Hazırki klubu: "Mançester Yunayted" Transfer dəyəri: 60 milyon avro

4. Canluici Donnarumma

Yaş: 22 Milliyət: İtaliya Hazırki klubu: PSJ Transfer dəyəri: 60 milyon avro 

5. Marko Verratti

Yaş: 28 Milliyət: İtaliya Hazırki klubu: PSJ Transfer dəyəri: 55 milyon avro 

6. Stefan de Vrey

Yaş: 29 Milliyət: Niderland Hazırki klubu: "İnter" Transfer dəyəri: 50 milyon avro 

İrvinq Lozano

Yaş: 28  Milliyət: Meksika  Hazırki klubu: "Napoli" Transfer dəyəri: 45 milyon avro 

7.Markus Türam

Yaş: 23 Milliyət: Fransa Hazırki klubu: "Borussiya Mönhenqladbax" Transfer dəyəri: 35 milyon avro 

9. Moyze Kin

Yaş: 21 Milliyət: İtaliya Hazırki klubu: "Everton" Transfer dəyəri: 35 milyon avro 

10. Rayan Qravenberx

Yaş: 19 Milliyət: Niderland Hazırki klubu: "Ayaks" Transfer dəyəri: 33 milyon avro

Qeyd edək ki, adı çəkilən futbolçuların hamısı digər top klubların marağındadır. Hər bir transfer əməliyyatı zamanı Rayola futbolçunun keçid məbləğindən 10-12% qazanc əldə edir. Məsələn, Erlinq Hollandın yeni kluba keçidi baş tutarsa, Rayola azı 13 milyon avro qazanacaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər