Rauf Əliyev narazıdı: "Futbolçuları nəzərə almaq lazım idi"

Rauf Əliyev narazıdı: "Futbolçuları nəzərə almaq lazım idi"

"Finala hazırlaşırıq. Həm ölkə kubokunu qazanmaq, həm də Avroliqaya vəsiqə qazanmaq istəyirik”.

 

 

Fanat.Az xəbər verir ki, bu sözləri "azerisport”a açıqlamasında "Qəbələ”nin forvardı Rauf Əliyev deyib.

Millimizin hücumçusu finalın Naxçıvanda keçirilməsindən narazı qaldığını gizlətməyib:

"Qərar verilib. Oyun hara salınıbsa, orda oynamağa məcburuq. Naxçıvanda hava çox istidi, həm də eşitdiyimə görə meydanın durumu idealdan çox uzaqdı. Qərarı verərkən futbolçuları nəzərə almaq lazım idi. Bizim üçün asan olmayacaq”.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər