Məşhur futbolçu "Qalatasaray"dan getdi

Məşhur futbolçu "Qalatasaray"dan getdi

"Qalatasaray" futbolçusu Radamel Falkao ilə yollarını ayırıb.

Fanat.Az İstanbul təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Kolumbiyalı oyunçunun İspaniyanın "Rayo Valyekano" klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ilin sentyabrından "Qalatasaray"da oynayır. O, "sarı-qırmızılar"ın heyətində 43 matçda iştirak edib, 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər