Pep Qvardiola gələn mövsüm çalışdıracağı "Mançester Siti"nin rəhbərliyindən 19 yaşlı futbolçunun transfer edilməsini istəyib. Fanat.az xəbər verir ki, ispan mütəxəssis "Ayaks"dan Rieçedli Bazoerin alınmasını tələb edib.
Bu futbolçunu "Çelsi" və "Napoli" də istəyir. Hətta "Çelsi" "Ayaks"a 24 milyon funt-sterlinq (təxminən 52 milyon manat), "Napoli" isə 20 milyon funt-sterlinq (təxminən 43 milyon manat) təklif edib.
İddiaya görə, "Mançester Siti" "Ayaks"ın qapısını "Çelsi"nin təklifindən daha böyük təkliflə döyməyə hazırlaşır.
Fanat.az