"Qvardiola futbolun bütün prinsiplərini məhv etdi" - İnyesta

"Qvardiola futbolun bütün prinsiplərini məhv etdi" - İnyesta

“Barselona”sının sabiq futbolçusu Andres İnyesta ispaniyalı mütəxəssis Xosep Qvardiolanın rəhbərliyi altındakı çıxışını xatırlayıb. 

Fanat.Az xəbər verir ki, "Infosfcb"  ispaniyalının fikirlərini belə təqdim edib:   “Qvardiola mənim üçün nümunə idi. Onun "Barsa"dakı işi inanılmaz idi. Qvardiola futbolun bütün prinsiplərini məhv etdi. O, köhnə yanaşmanı kökündən dəyişdi. Ola bilsin ki, bəzilərinin xoşuna gəlmir, amma bu, həqiqətən də belədir”. 

Xatırladaq ki, "Barselona" Qvardiolanın rəhbərliyi altında 3 dəfə İspaniya çempionluğuna yiyələnib, həmçinin 2 dəfə Çempionlar Liqasının, eyni sayda İspaniya Kubokunun qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər