Qvardiola futbol tarixinin ən yaxşı mərkəz hücumçusunun adını açıqladı

Qvardiola futbol tarixinin ən yaxşı mərkəz hücumçusunun adını açıqladı

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola futbol tarixinin ən yaxşı mərkəz hücumçusunun adını açıqlayıb.

Fanat.Az xəbər verir ki, ispan mütəxəssis jurnalistlərin ona "Erlinq Holand, yoxsa Lionel Messi" sualını cavablandırıb.

"beIN Sports" Qvardiolanın konkret cavabını belə təqdim edib: "Holandın statistikası ağlasığmazdır. O, yaşına görə çox irəli gedib. Ancaq həyatda gördüyüm ən mükəmməl hücumçu Messidir".

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Argentinalının transfer qiyməti hazırda 30 milyon avrodur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər