Qurban Qurbanov "Sürix"in futbolçusu ilə insident yaşadı

Qurban Qurbanov "Sürix"in futbolçusu ilə insident yaşadı

İsveçrədə "Sürix" və "Qarabağ" arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında insident baş verib.

Fanat.Az xəbər verir ki, 101-ci dəqiqədə Ramil Şeydayevə qarşı kobudluqdan sonra Qurban Qurbanov görüşün baş hakimi Allard Lindhauta etiraz edib. Bu isə meydanın sahiblərinin qaydanı pozan oyunçusu Fidan Alitiyə xoş gəlməyib və o, 50 yaşlı mütəxəssisin etirazına sərt reaksiya verib. Qurbanov futbolçunu sakitləşdirərək "əla" işarəsi göstərib.

"Qarabağ"ın tərcüməçisi Aydın Rüstəmov isə "Sürix"in baş məşqçisi Franko Fodaya yaxınlaşaraq, ona öz iradlarını bildirib və oyunçunun hörmətsizlik etdiyini vurğulayıb.

Qeyd edək ki, hazırda "Sürix" - "Qarabağ" matçında əlavə vaxt oynanılır və hesab bərabərdir - 2:2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər