Qurban Qurbanov hansı mövqeyə futbolçu axtırır?

Qurban Qurbanov hansı mövqeyə futbolçu axtırır?

"Dəfələrlə demişəm ki, hücumçu axtarırıq. Hətta 2 hücuçmu ilə güclənməyimizi çox istəyirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi sərəncamında daha çox oyunçunun olmasını istəyir: "Böyük turnirlərdə əlimdə bir yox, daha çox oyunçunun olması əlavə üstünlükdü. Əfsuslar olsun ki, biz bu gün bunu əldə edə bilmirik. Bəzi danışıqlar və axtarışlar davam edir. Bizdən asılı olmayan nüanslar var. Burda çempionatın heç bir rolu yoxdu. İndi Avropada da bəzi ölkələrdə durum çox yaxşı deyil. Bəzən elə anlar olur ki, klubu nəzərə almalıyıq. 100 faiz hazır olan futbolçunu komandaya gətirməyə çalışmalıyıq. Bu günə kimi səhvlərimiz də, qüsurlarımız da olub. Bundan sonra çalışırıq ki, səhvlər etməyək. Çünki bizim digər klublar kimi böyük büdcəmiz yoxdu. Buna görə, doğru qərar verməyə çalışırıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər