"Xəzər Lənkəran"ın futbolçusuna 1 oyunluq cəza

"Xəzər Lənkəran"ın futbolçusuna 1 oyunluq cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

"Kəpəz"lə oyunda "Rəvan"ın iki futbolçusu qırmızı vərəqə alıb. İmran Təhmirazlı matçın 55-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub, 90+3-cü dəqiqəsində Hüseyn Axundova kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərilib. İmran 1, Hüseyn 2 oyunluq cəzalandırılıb. Klub birinci futbolçuya görə 100, ikinciyə görə 1000 manat cərimələnib.

“Xəzər Lənkəran”ın futbolçusu Əli Əliyev AZAL-la oyunun 31-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 100 manat cərimələnib.

AZAL isə 5 futbolçusu sarı vərəqə aldığından 500 manat ödəyəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər