"Xəzər Lənkəran"dan ayrılan Sadio Tounkaranın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, malili futbolçu karyerasını Cənubi Kipr çempionatında davam etdirəcək.
Belə ki, Tounkara "Enosis" klubu ilə anlaşıb. Neon Paralimni təmsilçisi Cənubi Kipr çempionatının 1-ci divizionunda çıxış edir.
Qeyd edək ki, Sadio Tounkara 2009-cu ildə Malinin "Janna d`Ark" klubundan transfer olunduğu "Xəzər Lənkəran"da 126 oyun keçirib və 17 qol vurub.
Fanat.az