"Xəzər Lənkəran"ın futbolçusu İspaniya klubunda!

"Xəzər Lənkəran"ın futbolçusu İspaniya klubunda!

"Xəzər Lənkəran"ın transferə çıxardığı Elnur Cəfərovun yeni klubu müəyyənləşmək üzrədi. 

Sport7.az xəbər verir ki, gənc hücumçu İspaniya klubunda çıxış edə bilər.

Əldə etdiyimiz məlumata görə, Cəfərov hazırda İspaniya Sequndasında çıxış edən "Real Oviedo" klubunun düşərgəsindədi. O, komandada qalmaq üçün baxışdan keçir. 

Qeyd edək ki, Elnurun baxışda olduğu klub hazırda Sequndada 25 oyundan sonra 42 xal toplayıb. "Real Oviedo"nun lider "Alaves"dən cəmi 5 xal ayırır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər