"Xəzər Lənkəran"dan kənarlaşdırılan iki futbolçu özünə iş yeri tapıb. Fanat.az xəbər verir ki, Kazım Kazımlı və Elvin Mirzəyev karyerasını I divizionda davam etdirəcək.
Belə ki, onlar "Turan Tovuz"la anlaşıb. Tovuz təmsilçisi bundan başqa Georgi Asatianini də heyətinə qatıb. Məlumatı klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev verib.
Fanat.az