"Xəzər Lənkəran"ın sabiq üzvü Manuel Skarlatekenin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, rumın futbolçu karyerasını vətənində davam etdirəcək.
Belə ki, 29 yaşlı müdafiəçi "Astra" klubuna keçib. Klubun rəsmi saytının yaydığı məlumata görə, Skarlatake ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, "Astra" Rumıniya çempionatının iddialı kollektivlərindən biridi. Komanda cari mövsümdə 46 xalla turnir cədvəlinə başçılıq edir.
Skarlatake 2012-2015-ci illərdə "Xəzər Lənkəran"da çıxış edib (121 oyun, 13 qol). O, əvvəllər "Dinamo" (Buxarest), "Panduri", "Jiul Petroşani", "Mioveni" və "Otopeni" klublarında çıxış edib.
Fanat.az