"Xəzər Lənkəran"da 15 qol vuran futbolçu 1 milyona satılır

"Xəzər Lənkəran"da 15 qol vuran futbolçu 1 milyona satılır

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Etame Mbilla "Antalyaspor"dan ayrılmağa hazırlaşır. Fanat.az.az xəbər verir ki, forvard karyerasını İsveçrədə davam etdirmək niyyətindədi.

Bu barədə Türkiyə mətbuatı yazsa da, onu istəyən klubun adı açıqlanmayıb. Antalya təmsilçisinin rəhbərliyi də bu transferə müsbət yanaşır.

Qeyd edək ki, Mbilla başqa bir kluba transfer olunsa, bu zaman onu alan komanda "Antalyaspor"a 1 milyon avro ödəməlidi. Bu, müqavilədə belə qeyd olunub.

Maraq üçün onu da bildirək ki, vaxtı ilə "Xəzər Lənkəran"da çıxış etmiş Mbilla cənubluların heyətində 41 oyunda meydana çıxaraq 15 qola imza atıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər