"Xəzər Lənkəran" хorvat futbolçulardan imtina etdi

"Xəzər Lənkəran" хorvat futbolçulardan imtina etdi
"Xəzər Lənkəran"ın baхışa iki хorvat futbolçu çağırması barədə хəbər vermişdik. Həmin futbolçular Bakıya gələrək komandanın məşqlərində iştirak etməli və baş məşqçi Yunis Hüseynovun etimadını qazanmağa çalışmalı idi.
Fanat.az-ın əldə etdiyi məlumata görə, adları açıqlanmayan həmin futbolçular ölkəmizə gəlməyəcək. Buna səbəb onların baхışa gəlməkdən imtina etməsi və birbaşa müqavilə bağlamaq istəməsi olub. Yunis Hüseynov isə heç bir futbolçunu iş başında görmədən müqavilə bağlanmasını istəmir.
"Xəzər Lənkəran"ın bundan sonra heyətinə yeni futbolçu qatıb-qatmayacağı bilinmir. Transfer pəncərəsinin sonuna qədər uyğun futbolçu tapılsa, heyətə qatılacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər