Çempionatda iştirakını dayandıran "Xəzər Lənkəran" futbolçuları ilə bağlı qərar verib. Fanat.az xəbər verir ki, klub rəhbərliyi bütün heyətə azad agent statusu verib.
Bununla da "Xəzər Lənkəran"ın futbolçuları istədikləri kluba keçə biləcək. Amma bu qərar klubun yetirməsi olan 17 yaşadək oyunçulara aid deyil. Onların transfer olunduğu klublar lənkəranlılara müəyyən məbləğ ödəməli olacaq.
Fanat.az