"Vaqif yaxşı futbolçudu, bizə köməyi dəyər"

"Vaqif yaxşı futbolçudu, bizə köməyi dəyər"

“Vaqif Cavadov yaxşı futbolçudu. “Kəpəz”ə faydası dəyər. Amma tam səmimi deyirəm ki, yeni futbolçu götürmək büdcəmizə görə alınmır”. Bu sözləri Fanat.Az-a açıqlamasında “Kəpəz”in çalışdırıcısı Şahin Diniyev deyib.

“Sumqayıt”dan ayrılan hücumameyilli yarımmüdafiəçinin Rusiyadan Azərbaycana gəlməsində və oyunçu kimi parlamasında məlum xidmətləri olan mütəxəssis ümumiyyətlə, qışda transfer etməyəcəklərini açıqlayıb: “Bu qış yeni oyunçu haqda düşünməyəcəyik. Maya qədər indiki heyətlə davam edəcəyik. Bir daha deyirəm, mövsümün əvvəli olsaydı, Vaqiflə maraqlana bilərdik”.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər