"Şerif"in futbolçusu George Anton "Qarabağ"la oyundan danışıb. Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan təmsilçisinin güclü olduğunu bildirib:
"Bizi çox çətin oyun gözləyir. Rəqib çox güclü komandadı. Bizim üçün həll edici matç olacaq. Bakıda keçirilən oyundakı taktikamız özünü doğrultdu. İstədiyimiz nəticəni qazana bildik. Cütün taleyinə bu oyunda aydınlıq gələcək. Hər şey oyunumuzdan aslı olacaq".
Fanat.Az