"Rəvan"ın futbolçusu: "Düzdür, maaş almırıq"

"Rəvan"ın futbolçusu: "Düzdür, maaş almırıq"

"Maaş almırıq, ancaq avans verilir". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"ın futbolçusu Novruz Məmmədov deyib.

Ötən gün "Neftçi" ilə heç-heçə (1:1) oynayan "Rəvan"da uzun müddətdi maaşlar verilmir. Hətta futbolçuların buna görə "Neftçi" ilə oyuna çıxmayacağı deyilirdi. Lakin Məmmədov bu xəbərləri təkzib edib: "Oyuna çıxmamaq haqda fikirləşmirik. Hazırda məqsədimiz başqadı. Bundan sonra nə olacağını zaman göstərəcək. Maaşlar veriilməsə də, “Rəvan” mövsümü başa vurmalıdı. Qarşıda hələ neçə tur var. Meydana çıxıb, oynamasaq, özümüzə ziyan vurmuş olarıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər