"Rəvan"dan 2 futbolçu qovuldu

"Rəvan"dan 2 futbolçu qovuldu

"Rəvan" 1 illik fasilədən sonra Premyer Liqaya qayıtsa da, uğurlu çıxış edə bilmir. Səbəb isə çox sadədi - heyət yetərli deyil.

Məsələ burasındadı ki, heç heyətə cəlb olunan legionerlər də "aslanlar"a kömək edə bilmir. Geridə qalan 7 tur ərzində "sarı-qırmızılar" cəmi 2 xal qazanması da məhz bundan irəli gəlir. Bunun üçün komandanın baş məşqçisi Emin Quliyev bir sıra addımlar atmaq qərarına gəlib. Əldə etdiyimiz özəl məlumata görə, gənc çalışdırıcı Samuel Barlay və Alibobo Raxmatullayevin xidmətindən imtina edib. Buna görə də, hər iki futbolçu komandadan birdəfəlik göndərilib.

Qeyd edək ki, hər iki futbolçu komandaya yay transfer dönəmində cəlb olunmuşdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər