Hücum xəttində problem yaşayan "Rəvan" bu problemi legioner futbolçu transferi ilə çözməyə çalışır. Fanat.az xəbər verir ki, "sarı-qırmızılar" hazırda Nigeriyadan olan bir hücumçu ilə danışıqlar aparırlar.
Nigeriyalı olsa da Avropada oynayır. Kasetinə baxılıb və oyunu baş məşqçi Emin Quliyevi qane edir. Sadəcə, maddi məsələdə futbolçunu razı salmaq lazımdır ki, rəhbərlik də buna çalışır.//Rekord.az
Fanat.az