"Real"ın istədiyi futbolçuya qiymət qoyuldu - 50 milyon + Morata

"Real"ın istədiyi futbolçuya qiymət qoyuldu - 50 milyon + Morata
"Real"ın baş məşqçisi Zinəddin Zidan Eden Hazard? istəyir. Fanat.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Məlumata görə, Ceyms Rodrigeslə yollarını ayırmağa hazırlaşan "Real" onun boşluğunu Eden Hazardla doldurmaq niyyətindədi. Lakin "Çelsi"nin tələbi hələlik transferi əngəlləyir. Belə ki, London klubu Eden Hazarda qarşılıq 50 milyon avro və Alvaro Moratanı istəyir.
Qeyd edək ki, "Çelsi" Eden Hazardı 2012-ci ildə "Lill"dən 40 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 65 milyon avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər