Argentinanın U-23 millisinin və "Real Madrid"in yarımmüdafiəçisi Niko Paz karyerasını İtaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, orta xətt oyunçusu "Komo"ya keçib.
Məlumatı A Seriyası təmsilçisinin mətbuat xidməti yayıb. 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Paz 2023-cü ildən formasını geyindiyi "Real"ın ikinci komandasında 49 matça çıxaraq 11 qol vurub.