"Real" ulduz futbolçusunu bu kluba satdı - 20 milyona

"Real" ulduz futbolçusunu bu kluba satdı - 20 milyona

"Real" Danilonu "Yuventus"a satıb. Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, artıq klublar arasında razılıq əldə olunub.

Rəsmi müqavilənin yaxın günlərdə imzalanması gözlənilir. "Yuventus"un bu transferə görə "Real"a 20 milyon avro ödəyəcəyi deyilir. Düzdü, "Kral Klubu" əvvəlcə Daniloya görə 30 milyon tələb edirdi. Amma tərəflər 20 milyon avroda razılığa gəlib.

Qeyd edək ki, "Real" Danilonu 2015-ci ildə "Portu"dan 31,5 milyon avroya alıb. "Transfermarkt" hazırda 25 yaşlı müdafiəçiyə 16 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər