Dünyaca məşhur futbol adamlarının səsləndirdiyi unudulmayan sözləri təqdim edirik.
Kərim Benzema: "Arsenal" forması geyinməkdənsə, həbsxanaya girməyə üstünlük verərəm".
Müxbir: "Milan"a, yəni yuvana döndün deyə bilərik?
Mario Balotelli: Deyə bilmərik, çünki evim Milanda yox, Breşiyadadı.
Mario Balotelli: "Futbol daha gözəldi, yoxsa qızlar" soruşsalar düşünmədən futbol deyərəm. Amma bir az düşünsəm qızlar deyərəm".
Zlatan İbrahimoviç: "Həzrəti İsaya inanırsınız?
Karlo Ançelotti: Hə.
Zlatan İbrahimoviç: Əla. O zaman mənə də inanırsınız. Artıq sakit ola bilərsiniz.

Slaven Biliç: "Dünyanı təkbaşına qurtara bilməyəcəyimi yaxşı bilirəm. Amma haqsızlığa qarşı həmişə ön sıralarda olacam".
Slaven Biliç: "Qadınlara hörmət edirəm, amma futbol onlardan daha gözəldi".
Samet Aybaba: "Olcay niyə Messidən üstündü? Çünki hər şeydən əvvəl o kayserilidi. Messinin haralı olduğunu bilmirik".
Aatıf Shahechouhe: "Soyadımı doğu yaza bilmək üçün illərlə çalışdım. Amma anlamının nə olduğunu hələ də bilmirəm".
Tolqa Zengin: "Olimpiya stadionunda gözəl olan tək şey adının "Atatürk" olmasıdı".
Georgi Haci: "Mən "Qalatasaray"a gəlməklə kifayətlənmədim, "Qalatasaray"lı oldum. "Qalatasaray"ı hissetməyə başladım gün imzasını ürəyimə atdım".
Pep Qvardiola: "Ən böyük məqsədim Messini dünyanın ən yaxşı futbolçusu etməkdi. Amma o məni dünyanın ən yaxşı məşqçisi etdi".

Abbiati: "Nə oldusa, 3 dəqiqədə oldu. Həyatımın şokunu yaşadım. "Qalatasaray" sanki kosmosdan gəlmiş kimi idi". ("Qalatasaray"ın "Milan"ı 3:2 hesabı ilə udduğu oyundan sonra)
Filip Lam: "Məni bu mövsüm tez-tez oyun keçirmək yox, tez-tez kubok qaldırmaq yordu".
Arsen Venger: "Azarkeşlərimizdən tək istədiyim türk bayrağına hörmət etsinlər. Çünki türklər bayraqları üçün canını verər".
Kriştiano Ronaldo: "Messi ağıllı, İbrahimoviç güclü, Bekhem yaraşıqlı olduğu üçün sevilir. Mən isə sevilmirəm, çünki bunların hamısı məndə var".
Luiş Fiqo: "Çox yaxşı forvard axtarırsınızsa, araşdırmayın, çünki hər hər zaman ən yaxşılar "Atletiko"dadı".
Lionel Messi: "Ronaldo, yoxsa sən" deyənlərə Ronaldinyonun hələ həyatda olduğunu söyləyib məsələni bağlayırm".

Andrey Şevçenko: "Küçələrdə uşaqların "qırmızı-qara" "Milan" formamı geyindiyi günlərdən ötrü darıxıram".
Mussa Sov: "Lazım olsa futboldan vaz keçərəm, amma orucumu pozmaram. Pul bu dünyada işləyir. Bir müsəlman olaraq mən axirətimi düşünürəm".
Roberto Mançini: "Kriştiano Ronaldonu dayandırmağımız üçün polis çağırmalıyıq"
Viktor Vanyama: "Barselona"ya qol vurmaq başqa hissdi. Həyatımda belə hiss yaşamamışdım. Seksdən daha yaxşı idi".
Müxbir: "Komanda yorğun idi?"
Joze Mourinyo: "Yorğun? Gündə 15 saat çalışıb, bir neçə yüz avro ilə evinə gedən ata yorğun olar, biz yox".
Devid Bekhem: "Bir dəfə Messi topu sağımdan atıb, solumdan sürətlə keçdiyi zaman karyeramı bitirməyi düşündüm".

Pavel Nedved: "Bir komanda aşağı liqaya düşərsə, futbolçular gedər, adamlar qalar"
Mario Balotelli: "Şakiranı İspaniya ilə oynayacağımız final matçına dəvət edəcəm. Pikeyə nələr edəcəyimi yaxından görsün".
Mario Balotelli: "Əgər "Real" mərhələni keçərsə, bütün futbolçuları sevgilimlə yata bilər".
Luis Felipe Skolari: "Bir kubok qazansaq istəyirsinizsə, Pele nə deyirsə əksini edin".
Zlatan İbrahimoviç: "Ronaldo şanslı adamdı. Hər dəfə ən ön sıradan bilet taparaq Messinin mükafatı almasını izləyir".

Fanat.az