"Real" iki ulduzunu satır. Fanat.az xəbər verir ki, klub rəhbərliyi Ceyms Rodrigeslə İskonu yola salmaq niyyətindədi.
Yayda heyətinə yeni futbolçular cəlb etmək niyyətində olan "Kral Klubu" bu futbolçuların satışından əldə olunacaq gəliri yeni transferlərə sərf etmək niyyətindədi.
Qeyd edək ki, "Real" Ceyms Rodrigesi 2014-cü ildə "Monako"dan 80 milyon avroya transfer edib. 24 yaşlı kolumbiyalı futbolçu 22 rəsmi oyuna çıxıb və 6 qol vurub.
İsko isə 2013-cü ildə "Malaqa"dan "Real"a keçib. "Kral Klubu" onun transferinə 30 milyon avro xərcləyib. 23 yaşlı ispan futbolçu cari mövsümdə 32 rəsmi oyuna çıxaraq 4 dəfə fərqlənib.
Fanat.az