"Real" futbolçusuna qiymət qoydu - 500 milyon

"Real" futbolçusuna qiymət qoydu - 500 milyon

"Real" Qaret Beyllə yeni müqavilə imzalayır. Fanat.Az xəbər verir ki, "Mançester Yunayted"in israrla istədiyi uelsli ulduz Madrid klubunda qalmaq qərarına gəlib.

Artıq tərəflər arasında müqavilənin detalları razılaşdırılıb. Məlumata görə, "Real" Beylin yeni sözləşməsinə 500 milyon avroluq bənd salacaq. Yəni onu almaq istəyən klub 500 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, "Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya almışlı. Onun mövcud müqaviləsi 2019-cu ildə başa çatır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər