"Real" 70 milyonluq futbolçu alır

"Real" 70 milyonluq futbolçu alır

"Real" Eden Hazardı heyətinə qatmaq üçün hərəkətə keçir. Fanat.Az xəbər verir ki, artıq "Kral Klubu"nun "Çelsi"yə təqdim edəcəyi təklifi hazırlayıb.

"Mundo Deportivo"nun xəbərinə görə, İspaniya klubu Eden Hazardın əvəzində ingilislərə Alvaro Morata və müəyyən məbləğdə pul təklif edəcək. Dieqo Kostaya gələn təklifləri dəyərləndirən "Çelsi"nin Morata transferinə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, "Çelsi" Hazardı 2012-ci ildə "Lill"dən 35 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 70 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər