Mövsümün əvvəlində Alvaro Moratanı "Çelsi"y satan və onun yerini doldurmayan "Real" qışda transfer etməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, "Kral Klubu" "Tottenhem"dən Harri Keyni heyətinə qatmağa çalışır.
"Don Balon"un məlumatına görə, "Real" bu futbolçu üçün İngiltərə klubuna 200 milyon avro ödəyəcək. Kriştiano Ronaldoya alternativ axtaran və Qaret Beyllə Kərim Benzemanın performasından razı olmayan Madrid klubu bu transferi qışda bitirmək niyyətindədi.
Qeyd edək ki, "Tottenhem"in yetirməsi olan Keynə "Transfermarkt" 60 milyon avro qiymət qoyub. 24 yaşlı hücumçu bu mövsüm meydana çıxdığı 9 rəsmi oyunda 11 qol vurub.
Fanat.Az