"Qızıl top"a namizədlərin siyahısı - 23 futbolçu

"Qızıl top"a namizədlərin siyahısı - 23 futbolçu
FIFA "Qızıl top" mükafatına namizədlərin siyahısını 59 futbolçudan 23-ə endirib. Fanat.az xəbər verir ki, siyahıda "Barselona"nın 6, "Real"ın 5, "Bavariya"nın 4 futbolçusu yer alıb.
Serxio Aqüero (Argentina, "Mançester Siti"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Kevin De Bruyne (Belçika, "Volfsburq"//"Mançester Siti"), Eden Hazard (Belçika, "Çelsi"), Zlatan İbrahimoviç (İsveç, PSJ), Andres İnyesta (İspaniya, "Barselona"), Toni Kroos (Almaniya, "Real"), Robert Levandovski (Polşa, "Bavariya"), Xavyer Maskerano (Argentina, "Barselona"), Lionel Messi (Argentina, "Barselona"), Tomas Müller (Almaniya, "Bavariya"), Manuel Nöyer (Almaniya, "Bavariya"), Neymar (Braziliya, "Barselona"), Pol Poqba (Fransa, "Yuventus"), İvan Rakitiç (Xorvatiya, "Barselona"), Aryen Robben (Hollandiya, "Bavariya"), Ceyms Rodriges (Kolumbiya, "Real"), Aleksis Sançes (Çili, "Arsenal"), Luis Suares (Uruqvay, "Barselona"), Yaya Ture (Kot`D-İvuar, "Mançester Siti"), Arturo Vidal (Çili, "Yuventus" / "Bavariya").
Qeyd edək ki, milli komandaların baş məşqçiləri, kapitanları və milli assosiasiyaların jurnalistləri arasında keçiriləcək sorğu nəticəsində 3 finalçı seçiləcək. Onların adları noyabrın 30-da açıqlanacaq. "Qızıl top" mükafatı isə sahibinə 2016-cı il yanvarın 11-də  veriləcək. Son 2 ildə bu mükafata "Real Madrid"in portuqaliyalı futbolçusu Kriştiano Ronaldo layiq görülüb.
Fanatşaz
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər