"Qalatsaray"dan gedəcək 5 futbolçu - SİYAHI

"Qalatsaray"dan gedəcək 5 futbolçu - SİYAHI
"Qalatsaray" bu gün 5 futbolçusu ilə yollarını ayıracaq. Fanat.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.Məlumatda bildirilir ki, bu yay çox sayda transfer edən İstarbul klubu UEFA-nın "Maliyyə Fair-Playı"nda "ilişməmək" üçün 5 futbolçusu ilə yollarını ayıracaq. Türkiyədə transfer pəncərəsi bu gün bağlanacaq. Günün sonunadək həmin futbolçular özlərinə klub tapa bilməsələr, müqavilələri klub tərəfindən pozulacaq.Komandadan gedəcək futbolçuların adları da bəllidi. Bildirilir ki, baş məşqçi İqor Tüdor Nigel De Yonq, Hakan Balta, Rayan Donk, Endoğan Adili və Umut Gündoğanın komandada qalmasını istəmir. Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər