"Qalatasaray"ın sabiq futbolçusu QİÇS-ə yoluxdu

"Qalatasaray"ın sabiq futbolçusu QİÇS-ə yoluxdu

2011-2016-cı illərdə "Qalatasaray"ın formasını geyinən Emmanul Ebouenin QİÇS xəstəliyinə yaxalandığı məlum olub.

Fanat.Az xəbər verir ki, Kot D`İvuardan olan 34 yaşlı futbolçu bir müddət əvvəl Şimali Kipr Türk Cümhuriyyətinin "Türk Ocağı Limasol" klubuna transfer edilmişdi. Eboue klubda oyunlara başlamaq üçün tibbi müayinədən keçən zaman onun qanında HİV virusu aşkarlanıb. Xəbəri futbolçunun meneceri Tekin Birinci təsdiq edib və Emmanuelin əlavə müayinələr üçün İngiltərəyə gedəcəyini bildirib. 

Qeyd edək ki, "Qalatasaray" forması ilə 101 oyuna çıxan Emmanuel Eboue 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalmışdı. O, Türkiyə klubundan başqa vətənində "ASEC Mimosas", Belçikada "Beveren", İngiltərədə "Arsenal" və "Sanderlend" klublarında oynayıb, Kot D`İvuar yığmasında keçirdiyi 79 oyunda 3 qol vurub.

Gülşən

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər