"Qalatasaray"ın futbolçu Brumaya təkliflər var. Fanat.az xəbər verir ki, son dövrlər ideal formada olan portuqaliyalı futbolçu Avropanın tanınmış klublarının maraq dairəsinə düşüb.
Məlumata görə, Brumaya PSV, "Monako" və "Volfsburq" klublarında real təkliflər var. Hətta almanların onun üçün "Qalatasaray"a 14 milyon avro təklif etdiyi deyilir.
Qeyd edək ki, "Qalatasaray" Brumanı 2013-cü ildə "Sportinq"dən 10 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 5 milyon avro qiymət qoyub. "Qalatasaray"a gəldikdən bir müddət sonra ağır zədə alan portuqaliyalı son iki mövsümdə "Qaziantepspor" və "Real Sosyedad"a icarəyə verilib. 21 yaşlı hücumçu Portuqaliya millisində keçirdiyi 7 oyunda 2 qol vurub.
Fanat.az