İstanbul Prokurorluğu Hakan Şükürdən sonra "Qalatasaray”ın daha 3 keçmiş futbolçusunun yaxalanması haqqında sanksiya verib.
Fanat.Az xəbər verir ki, bu barədə "Sabah" informasiya agentliyi məlumat yayıb.
Fətullahçı Terror Təşkilatının (FETÖ) ölkə futbolundakı təşkilatlanması ilə bağlı təhqiqat aparan prokurorluq Hakan Şükürdən sonra Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin barəsində həsb qərarı verib.
Artıq İsmayıl Dəmiriz İstanbuldakı evində saxlanılıb. Digər iki nəfər isə ölkə xaricindədi.



Fanat.Az