"Ozancan Türkiyə futboluna fayda verəcək" - Mutlu Topçu

"Ozancan Türkiyə futboluna fayda verəcək" - Mutlu Topçu

"Bursaspor"un baş məşqçkisi Mutlu Topçu Azərbaycan U-21-nin üzvü Ozancan Kökçünün transferindən danışıb. Fanat.Az xəbər verir ki, çalışdırıcı yerli mətbuata açıqlamasında bunları deyib: 

"Ozancan bir çox klubların transfer siyahısında yer almışdı. İndidən gələcəyə yatırım etməliyik. Bu mənada onun transferi işimizə yarayacaq. Seçim üçün futbolçunun ailəsi ilə görüşdük. Həm "Bursaspor"u, həm də bazamızı tanıtdıq. Nəticədə seçimini bizdən yana etdi. Qısaca, yaxşı bir oyunçu qazandığımızı düşünürəm. O,  həm "Bursaspor"a, həm də Türkiyə futboluna böyük fayda verəcək".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər