Türkiyə millisinin heyətinə cəlb edilən Əmrə Mor öz çıxışı ilə diqqət mərkəzindədi. Fanat.az xəbər verir ki, 18 yaşlı futbolçu ötən gecə keçirilən Türkiyə - Çexiya matçında ilk qolun ötürməsini verməklə bir daha adından söz etdirdi.
Qarşılaşmadan sonra açıqlama verən gənc yarımmüdafiəçi qələbəni şərh etməklə yanaşı, bir sıra məsələlərə aydınlıq gətirib: "Oynadığım futboldan həzz alıram. Çox xoşbəxtəm. Çexiya ilə matçda oynadığımız kimi oynasaq, bütün komandaları məğlub edə bilərik. Oyuna çıxmamışdan öncə baş məşqçimiz Fatih Terim daima driblinq etməyim istədi. Hər kəs rahat olmağımı məsləhət gördü. Komanda yoldaşlarımızın məni sevmədinə dair çıxan xəbərlərin hamısı yalandı. Hamı mənə balaca qardaşı kimi davranır. Luka Modriçlə çəkilən şəkilə gəlincə, bunda heç bir problem görmürəm. Mənim 18 yaşım var və buna qədər belə bir səviyyədə olmamışam. Dünyanın ən yaxşılarından biri ilə "selfie" çəkdirmək istədim. Azarkeşlərimiz isə möhtəşəmdi. Daima məni həvəsləndirirlər. Ancaq təcili olaraq türkcə öyrənməliyəm. Hələlik bəzi sözləri bilirəm".
Qeyd edək ki, Əmrə Mor 16 milyon avro qarşılığında Dortmund "Borussiya"sına transfer olunub.
Fanat.az