Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo müsahibəsində oğlu Junior haqda danışıb. Fanat.az xəbər verir ki, ulduz oyunçu gələcəkdə oğlunun da özü kimi futbolçu olacağına inandığını söyləyib.
"Oğlumun futbolçu olmasını istəyirəm. O, atletik özəlliklərə sahibdi. Düzdü, hələ yaşı çox azdı. 5 yaşında olmasına baxmayaraq, futbolu çox sevir. Evdə 30 dənə topumuz var. Hər dəqiqəsini demək olar ki, topla keçirir. Onu futbolçu olması üçün məcbur etməyəcm. Bu, Juniorun öz seçimi olmalıdı. Amma eyni zamanda oğlumun da atası kimi ulduz futbolçu olmasını istəyirəm" deyə, Ronaldo açıqlamasında bildirib.
Fanat.az