"Olimpik Lion"un futbolçusu Bundesliqada - Razılıq əldə olundu

"Olimpik Lion"un futbolçusu Bundesliqada - Razılıq əldə olundu

"Olimpik Lion"un yarımmüdafiəçisi Rayan Çerki karyerasını Bundesliqada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə Almaniyanın "Sky Sport" nəşri məlumat yayıb.

Xəbərə görə, Dortmund "Borussiya"sı ilə onunla uzunmüddətli müqavilə imzalayıb. 

Tərəflər 2029-cu ilin iyununa qədər müddətə nəzərdə tutulan müqavilə imzalayıblar. İndi Almaniya klubu fransızlarla anlaşmalıdır. Ola bilsin ki, "arılar" bu transferi həyata keçirmək üçün oyunçularından birini satmalı olacaqlar.

Çerki "Olimpik Lion"un yetirməsidir. 20 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 39 oyun keçirib, 3 qol vurub və 9 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər