"Olimpik Lion" İngiltərə təmsilçisi "Nottingem Forest"in yarımmüdafiəçisi Mussa Niakateni heyətinə qatıb.
Fanat.Az Fransa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı seneqallı 4 illik müqaviləyə imza atıb.
Bu transfer "Lion"a 31,9 milyon avroya başa gəlib. Mussa sözügedən klubun tarixinə ən bahalı transfer kimi düşüb.
Qeyd edək ki, "meşəbəyilər" Niakateni 2022-ci ilin yayında, 10 milyon avro qarşılığında Almaniyanın "Maynts 05" klubundan almışdılar.
Nihat