"Məni bəzi futbolçulara bənzədirlər" - Teo Uiks

"Məni bəzi futbolçulara bənzədirlər" - Teo Uiks

"Qəbələ"nin futbolçusu Teo Uiks sport7.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Sabahkı oyun haqda nə söyləyə bilərsiniz?

- Biz ilk matçda yaxşı nəticə qazanmışıq. Ona görə də bu oyunda rahat oynayacağıq. Amma biz bu oyuna da ciddi yanaşırıq.

- Artıq növbəti mərhələ haqda düşünürsünüz?

- Xeyr. Bu oyundan sonra fikirləşəcəyik. Çünki bizi növbəti mərhələdən 90 dəqiqə ayırır. - "Qəbələ”yə gələndə daha çox saç düzümü ilə diqqət çəkdin. Amma ilk oyunda daha çox öz oyununla azakeşlərin rəğbətini qazandın. - Çox sevinirəm ki, ilk oyunda het-trik etdim. Mən uğurlu çıxış etməyə çalışacam. Azarkeşlərin rəğbətini ilk oyunumda qazanmışamsa, xoşbəxtəm.

- Saç stilinlə "Çelsi”nin braziliyalı futbolçusu Vilyana bənzəyirsən.

- Bəli. (gülür). Mən Liberiya millisinin futbolçusuyam və insanlar məni belə tanıyır. Çox insanlar məni bəzi futbolçulara bənzədirlər. Vilyan da onlardan biridir. Hətta millinin heyətində komanda yoldaşlarım məni Vilyan deyə çağırırlar (gülür).

- Necə bir ölkəyə gəldiyini bilirsən? Azərbaycan haqda hansı informasiyaya maliksən?

- Bəzi məlumatlarım var idi. Yaxın insanlarla məsləhətləşib qərarımı verdim. Burada hər şey məni qane edir. "Qəbələ” yaxşı komandadır. Seçimimə görə peşman deyiləm.

- Futbolumuz, şəhərimiz, insanlarımız barədə ilk təəssüratların necədir?

- Mən Türkiyədə də legioner həyatı yaşamışam. Bilirəm ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Hər şey qaydasındadır.

- Üç qol vurdun. Sanki qol sevincinin birini Kristiano Ronaldo kimi qeyd etdin. Yoxsa bizə elə gəldi?

- Bəli (gülür). Bu, xüsusi önəm kəsb etmir. Sadəcə belə qol sevincimi belə qeyd etdim.

- Bu oyunda da het-trik etmək fikriniz var?

- Hər oyunda yaxşı oynamağa çalışıram. Het-trik? Bu, çətin olar. Çünki mən qol maşını deyiləm. Amma bacardığımı edəcəm.

- İki qolun çox gözəl alınmışdı. Həmin epizodda Daboya ötürmə də verə bilərdiniz...

- Sadəcə son nöqtəni özüm qoymaq istədim. Dabo buna görə, məndən inciməz (gülür).

- Bəs, bu hərəkəti Dabo sənə qarşı etsəydi, necə qarşılayardın?

- Komandaya yeni qoşulmağımıza baxmayaraq hər şey qaydasındadır. Əgər həmin epizodda Dabo olsaydı, bunu normal qarşılayardım. Əsas "Qəbələ”nin qələbə qazanmasıdır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər