"Maxaçev Tsarukyandan güclüdür, amma..." - Çarlz Oliveyra

"Maxaçev Tsarukyandan güclüdür, amma..." - Çarlz Oliveyra

Yüngül çəkidə sabiq UFC çempionu Çarlz Oliveyra bu çəkidə çempion titulunun indiki sahibi İslam Maxaçevlə Arman Tsarukyan arasında mümkün revanş döyüşündən danışıb. 

Fanat.Az xəbər verir ki, "Bloody Elbow" onun sözlərini belə çatdırıb:

"İslam və Armanın oxşar üslubları var. Onlar oktaqonda eyni şeylərə diqqət etməyə çalışacaqlar. Məncə, İslam Armanla döyüşün favoritidir. Maxaçev Tsarukyandan güclüdür, amma döyüşdə istənilən biri qalib gələ bilər".

Xatırladaq ki, tərəflərin 2019-cu ilin 20 aprel tarixində baş tutan birinci döyüşündə hakimlərin yekdil qərarı ilə Maxaçev qalib gəlib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər