"Mançester Yunayted"in yay transferi dövrü üçün əsas hədəfi açıqlanıb. Fanat.Pz xəbər veirr ki, İngiltərə klubu "Atletiko"dan Antoine Qrizmannı hədəfə alıb.
Məlumata görə, Joze Mourinyonun başçılıq etdiyi klubun rəhbərliyi "Atletiko"nu 80 milyon avroluq təkliflə razı salmağı planlaşdırır.
Qeyd edilir ki, Joze Mourinyo 25 yaşlı fransız forvardın transferini israrla istəyir. Onun İspaniya klubu ilə 2021-ci ilə qədər anlaşması var.
Qeyd edək ki, "Atletiko" Qrizmannı 2014-cü ildə "Real Sosyedad"dan 30 milyon avroya alıb. Klubun futbolçu üçün 100 milyon avro transfer haqqı tələb edəcəyi deyilir.
Fanat.Az